XƏBƏRLƏR

Azərbaycan Universitetində alınmış elmi nəticə AMEA-nın hesabat məruzəsinə daxil edilib

Azərbaycan Universitetində alınmış elmi nəticə  AMEA-nın hesabat məruzəsinə daxil edilib

23 fevral 2021

Baxış sayı: 2529

Azərbaycan Universitetinin bir qrup professor-müəllim heyətinin əldə etdiyi elmi nəticə AMEA-nın Rəyasət Heyətinin qərarı ilə qurumun Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2020-ci ildə aparılan tədqiqatların mühüm nəticələrinə dair hesabat məruzəsinə daxil edilib. Universitetin elmi işlər üzrə prorektoru, riyaziyyat üzrə elmlər doktoru, Yusif Qasımov, Elm şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Lətifə Ağamalıyeva, Riyaziyyat və informatika kafedrasının professoru, riyaziyyat üzrə elmlər doktoru Aqil Xanməmmədov, kafedranın müəllimləri - riyaziyyat üzrə fəlsəfə doktoru Bəhrəm Əzizov, Asif Paşayev və Nigar Qafarovadan ibarət komandanın əldə etdiyi uğur Azərbaycan Universitetinin tarixində bir ilk olmaqla yanaşı, ali məktəbin elmi nüfuzunun artırılması istiqamətində aparılan məqsədyönlü və ardıcıl işlərin məntiqi davamıdır. Bu uğur hesabata AMEA-nın strukturunda olmayan cəmi 6 müəssisəyə aid elmi nəticələrin daxil edilməsi və eyni zamanda Azərbaycan Universitetinin məruzədə yer alan yeganə özəl universitet olması baxımından da mühüm əhəmiyyət kəsb edir. Aparılmış elmi tədqiqat işinin nəticəsi ilə bağlı impakt faktorlu jurnallarda 8 məqalə çap olunub.

Azərbaycanda elmi fəaliyyəti koordinasiya edən qurumun hesabat məruzəsində yer alan tədqiqat işinin mövzusu “Diferensial və inteqral tənliklər üçün bəzi tərs və düz məsələlərin həll üsullarının işlənməsi, ekspert sistemləri, qeyri-səlis qoyuluşda qərarqəbuletmə alqoritmləri və onların praktiki tətbiqləri”dir.

Alınmış elmi nəticə haqqında qısa məlumat

Elmi tədqiqat işində diferensial və inteqral tənliklər üçün bəzi tərs və düz məsələlərin həll üsulları işlənmişdir. Bundan əlavə ekspert sistemləri, qeyri-səlis qoyuluşda qərarqəbuletmə alqoritmləri təklif edilmiş və onların konkret praktiki məsələlər üzərində simulyasiyası yerinə yetirilmişdir. Bu zaman fiziki prosesləri daha adekvat təsvir etmək üçün kəsr tərtibli diferensial tənliklər modellərindən istifadə edilmiş və bu modellərin ədədi həlli üçün effektiv metodlar işlənmişdir.

Mövzu üzrə alınmış elmi nəticələrin çap olunduğu məqalələrin siyahısı

  1. Can, N.H., Nikan, O., Rasoulizadeh, M.N., Jafari, H., & Gasimov, Y.S. (2020). Numerical computation of the time non-linear fractional generalized equal width model arising in shallow water channel. Thermal Science, 24(Suppl. 1), 49-58 (Web of Science Impact Factor - 1.574).
  2. Y.S. Gasimov, Sh.E. Guseynov, J.E. Napoles-Valdes. On some properties of limit cycles of the Biryukov equation. Proceedings of the Institute of Mathematics and Mechanics, Vol.46, No2, 2020. (Web of Science Emerging Source Citation Index).
  3. Pourghanbar S., Manafian J., Ranjbar M., Aliyeva A., GasimovY.S. An efficient alternating direction explicit method for solving a nonlinear partial differential equation. Mathematical Problems in Engineering, Vol.2020, Article ID 9647416, 12 pages.
  4. Ханмамедов, А. Х. О., & Махмудова, М. Г. К. (2020). Об обратной задаче рассеяния для уравнения Шредингера с дополнительным линейным потенциалом. Теоретическая и математическая физика, 202(1), 66-80 (Web of Science Impact Factor – 0.901).
  5. Ханмамедов, А. Х. О., & Махмудова, М. Г. К. (2020). Об операторе преобразования для уравнения Шредингера с дополнительным линейным потенциалом. Функциональный анализ и его приложения, 54(1), 93-96) (Web of Science Impact Factor – 0.712).
  6. Latifova, A. R., & Khanmamedov, A. K. (2020). Обратная спектральная задача для одномерного оператора Штарка на полуоси. Ukrains’ kyi Matematychnyi Zhurnal, 72(4), 494-50 (Web of Science Impact Factor – 0.326).
  7. Багирова, С. М., & Ханмамедов, А. Х. (2020). О нулях модифицированной функции Бесселя второго рода. In Комплексный анализ, математическая физика и нелинейные уравнения (pp. 15-16) (Web of Science Impact Factor – 0.774).
  8. Khanmamedov, A. K., & Gafarova, N. F. (2020). Inverse spectral problem of an anharmonic oscillator on a half-axis with the Neumann boundary condition. Journal of Inverse and Ill-posed Problems, 1 (Web of Science Impact Factor – 0.926).
  9. Bakhram Azizov, Asif  Pashayev, Yusif  Gasimov. "Soft computing" technologies of hybrid model structure for the automated control of flights. International conference on Natural Sciences & Technologies-ICONAT-2020, 20-22 August, 2020.
  10. Yusif Gasimov, Asif Pashayev, Bakhram Azizov. Modelling  of  Fuzzy Logic Toolbox is FIS- a structure is the system of unclear conclusion (Fuzzy Inference System) using the MATLAB program. International conference on Natural Sciences & Technologies-ICONAT-2020, 20-22 August, 2020.

 İctimaiyyətlə əlaqələr şöbəsi
23.02.2021

DİGƏR XƏBƏRLƏR