XƏBƏRLƏR

Azərbaycan Universitetində zərərli vərdişlərə qarşı maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Universitetində zərərli vərdişlərə qarşı maarifləndirmə tədbiri keçirilib

23 aprel 2024

Baxış sayı: 166

Azərbaycan Universitetində Sosial iş tələbələri üçün “Zərərli Vərdişlərə Qarşı” İctimai Birliyi tərəfindən maarifləndirici tədbir keçirilib. Tədbirdə zərərli vərdişlərin geniş yayılmış formaları və asılılıq yaradan amillər haqqında məlumat verilib, maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd olunub.

Tədbirdə əvvəlcə klinik psixoloq Aydan Məlikova “Asılılıq” mövzusunda tədqimatla çıxış edib. Psixoloq tələbələrə asılılıq, növləri, asılılıq yaradan maddələr, xilas olmağın yolları və bu kimi mövzular haqqında məlumat verib.

Ardınca ictimai birliyin sədri Zaur Orucov zərərli vərdişlərin ağır fəsadlarından danışıb, Ümumdünya Səhiyyə Təşkilatının statistikasını tələbələrin diqqətinə çatdırıb.

Qonaqlar sonda tələbələri maraqlandıran sualları cavablandırıblar.

Tədbirdən əvvəl zərərli vərdişlərin insana mənfi təsirlərini özündə əks etdirən şəkillərdən ibarət karikatura sərgisi nümayiş olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR