ELANLAR

Türkiyənin Eskişehir Texniki Universiteti tələbə mübadilə proqramına sənəd qəbulu elan edir

11
06

Türkiyənin ən dinamik tələbə şəhərlərindən biri olan Eskişehirdə yerləşən Eskişehir Texniki Universiteti 2026/2027-ci tədris ilinin payız semestri üçün tələbə mübadilə proqramına sənəd qəbulu elan edir.

Universitet tələbələrə beynəlxalq akademik mühit, müasir kampus, əlverişli yaşayış şəraiti və zəngin sosial-mədəni həyat təqdim edir. Müvafiq fakültə tərəfindən qəbul olunan mübadilə tələbələri təhsil haqqı ödəmədən təhsil ala bilərlər.

100% ingilis dilində tədris olunan bakalavriat proqramları:

  • İnformasiya təhlükəsizliyi texnologiyaları
  • İnformasiya sistemləri və texnologiyaları
  • Kompüter mühəndisliyi

Qeyd: Bu fakültənin digər proqramlarında tədrisin təxminən 30%-i ingilis dilində aparılır.

Tələbələr üçün şərtlər:

  • İngilis yaxud türk dili bilikləri minimum B2 səviyyəsində, 
  • GPA balı minimum 2,5 olmalıdır.
  • İxtisas üzrə uyğunluq tələb olunur. 
  • Sənədlərin təqdim olunması üçün son tarix: 30 iyun 2026-cı ildir.

İxtisaslar haqqında daha ətraflı məlumat üçün:

https://akts.eskisehir.edu.tr/en

Mübadilə proqramında iştirak etmək istəyən tələbələr transkriptlərini (ortalama balı 75-dən yuxarı olmaqla) elmira.ismayilova@au.edu.az, sevlan.gurbanova@au.edu.az elektron poçt ünvanlarına göndərməli yaxud Beynəlxalq əlaqələr şöbəsinə (IV mərtəbə, 504 nömrəli otaq) təqdim etməlidirlər.

İctimaiyyətlə əlaqələr şöbəsi