XƏBƏRLƏR

Dövlət Müstəqilliyi Günü münasibəti ilə Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın təbriki

Dövlət Müstəqilliyi Günü münasibəti ilə Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın təbriki

17 oktyabr 2017

Baxış sayı: 4047

Əziz həmvətənlər!

18 oktyabr 1991-ci il tarixdə Azərbaycan dövlətçiliyi tarixində müstəsna əhəmiyyəti olan bir hadisə yaşanmış, Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edilmişdir.

26 il bündan əvvəl xalqımız öz müstəqilliyinə nail olmuş, Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olduğunu dünyaya elan etmişdir.   

Gərək müstəqilliyimizin bərpa olunması, gərəksə qorunması yolunda xalqımız ağır və çətin sınaqlardan keçmiş, ümummilli lider Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı - möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində saysız-hesabsız qətiyyətli addımlar atılmış, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan güclü iqtisadiyyata malik ölkəyə çevrilmişdir.

Bu gün hər birimizin əsas vəzifəsi dövlətimizin müstəqilliyini daimi etmək və ölkəmizi inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaq, Dünya Birliyində layiqi yer tutmaq naminə var gücümüzlə çalışmaq olmalıdır.

Bu təmənnilər ilə bu əziz və əlamətdar gün münasibəti ilə xalqımızı  ürəkdən təbrik edir, dövlətimizin qüdrətlənməsi yolunda bütün həmvətənlərimə ən səmimi, ən xoş arzularımı çatdırıram.

Bayramınız mübarək olsun!

DİGƏR XƏBƏRLƏR