XƏBƏRLƏR

İKT tələbələrinin istehsalat təcrübəsi davam edir

Azərbaycan Universitetinin İnformasiya - kommunikasiya texnologiyaları (İKT) fakültəsinin sonuncu kurs tələbələrinin istehsalat təcrübəsi uğurla davam edir. Tələbələr Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, SOCAR-İnformasiya Texnologiyaları və Rabitə İdarəsi, "SİNAM" şirkəti kimi qurumlarda real iş mühitində istehsalat təcrübəsi keçirlər. 

Müəssisələrdə tələbələrin praktiki bacarıqlarını inkişaf etdirmək üçün geniş və əlverişli imkanlar yaradılıb. Tələbələr əldə etdikləri bilikləri real şəraitdə tətbiq edərək nəzəri biliklərini möhkəmləndirir, sistem mühəndisliyi, İT xidmətləri və Kompüter mühəndisliyinin elmi-praktik əsaslarını öyrənirlər. Onlar eyni zamanda İT layihələrinin idarə olunması, “elektron hökumət” və “rəqəmsal dövlət” sahələri üzrə praktiki bilik və bacarıqlar qazanırlar.

İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları və Kompüter mühəndisliyi ixtisasları üzrə təhsil alan tələbələrin təcrübə prosesinə Riyaziyyat və informatika kafedrasının baş müəllimləri Nurdan Ağayeva, Samirə Hüseynova, İlahə Kazımova və dosent Səadət Əliyeva rəhbərlik edirlər.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR