XƏBƏRLƏR

Azərbaycan Universitetinin tələbələri payız semestrini xaricdə oxuyacaq

Azərbaycan Universitetinin tələbələri payız semestrini xaricdə oxuyacaq

19 iyun 2025

Baxış sayı: 114

Azərbaycan Universitetinin 2 tələbəsi universitetlərarası mübadilə proqramı çərçivəsində 2025/2026-cı tədris ilinin payız semestrini Polşanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Krakov İqtisadiyyat Universitetində (Cracow University of Economics) davam etdirmək hüququ əldə edib.

Mübadilə proqramında iştirak etməyə haqq qazanmış tələbələr Biznes və iqtisadiyyat fakültəsinin Biznesin idarə edilməsi ixtisasının ikinci kurs tələbəsi Fəxri Məmmədli, Mühasibat ixtisasının ikinci kurs tələbəsi Aysel Musayevadır. 

Tələbələrimizi təbrik edir, bu təcrübənin onların peşəkar kadr kimi yetişmələrinə böyük töhfə verəcəyinə inanırıq!

Qeyd edək ki, xaricdə təqaüdlü təhsil ilə bağlı əlaqələndiricilik məsələləri Beynəlxalq əlaqələr şöbəsi tərəfindən həyata keçirilir. Tələbə mübadilə proqramları çərçivəsində xarici tərəfdaş universitetlərdə qısamüddətli təhsil almaq istəyən tələbələr daha ətraflı məlumat əldə etmək üçün Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər. Mübadilə proqramında iştirak etmək istəyən tələbələr yüksək akademik göstəricilərə sahib olmalıdırlar.  

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR