XƏBƏRLƏR

“Learn2Share” layihəsi çərçivəsində təlimlərə start verilib

“Learn2Share” layihəsi çərçivəsində təlimlərə start verilib

20 aprel 2026

Baxış sayı: 11

Azərbaycan Universitetində Təlim-Tədris Mərkəzi, Keyfiyyət təminatı şöbəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən "Learn2Share" layihəsinə start verilib.

Layihə çərçivəsində Azərbaycan Universitetinin 20 tələbəsi üçün “Problemi seçmə və problemi araşdırmaq yolları” mövzusunda birinci təlim keçirilib. Təlim-Tədris Mərkəzinin müdiri Samir Salayev tərəfindən aparılan təlim zamanı çıxış üçün problemi seçmək, problemi araşdırmaq və məlumat toplamaq strategiyaları praktiki nümunələrlə izah olunub. İnteraktiv formada təşkil olunan təlimin sonunda iştirakçı tələbələrə növbəti təlimə qədər xüsusi ev tapşırıqları təqdim olunub. 

Layihə çərçivəsində növbəti təlim 23 aprel 2026-cı il tarixində “Problemin aktuallığını və təklifləri vizuallaşdırmaq yolları” mövzusunda təşkil olunacaq.

Qeyd edək ki, “Learn2Share” layihəsi çərçivəsində təşkil olunacaq təlimlərlə seçilmiş tələbələrdə problem araşdırma, vizuallaşdırma və geniş auditoriya qarşısında effektiv təqdim etmək bacarıqları yaradılacaq. Layihənin yekun mərhələsində iştirakçıların geniş auditoriya qarşısında natiqlik bacarıqlarının nümayişi təşkil olunacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR