XƏBƏRLƏR

Abituriyent Məsləhət Mərkəzi təşəkkürnamə ilə təltif olunub

Abituriyent Məsləhət Mərkəzi təşəkkürnamə ilə təltif olunub

21 aprel 2026

Baxış sayı: 97

Dövlət İmtahan Mərkəzinin (DİM) 10 illik yubiley tədbirləri çərçivəsində mərkəzin inzibati binasında məsləhət mərkəzlərinin rəhbərləri və fənlər üzrə ekspertlərlə görüş keçirilib. Görüşdə Azərbaycan Universitetinin Abituriyent Məsləhət Mərkəzi vətəndaş məmnunluğunun təmin edilməsi və imtahan iştirakçılarının müraciətlərinin operativ həll edilməsinə dəstəyinə görə təşəkkürnamə ilə təltif olunub. Təşəkkürnamə mərkəzin rəhbəri, İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayevə təqdim olunub. 

Asif Paşayev qeyd olunan tədbirdə imtahanların təşkili və idarəedilməsi sahəsində, o cümlədən informatika fənni üzrə təhsilin qiymətləndirilməsi sahəsində aparılan islahatların uğurla həyata keçirilməsində mərkəzin fəaliyyətinə verdiyi töhfələrə görə fəxri fərmanla təltif olunub. 

Azərbaycan Universitetinin kollektivi adından Dövlət İmtahan Mərkəzinin rəhbərliyini və kollektivini yubiley münasibətilə bir daha təbrik edir, bundan sonra da davamlı inkişaf və yeni uğurlar diləyirik.

Qeyd edək ki, Azərbaycan Universitetinin Abituriyent Məsləhət Mərkəzi 2018-ci ildə yaradılıb. DİM ilə razılıq əsasında fəaliyyətə başlayan Mərkəz imtahan iştirakçılarına ödənişsiz əsaslarla texniki dəstək və məsləhət xidməti göstərir. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR