XƏBƏRLƏR

Azərbaycan Universiteti ilk dəfə RUR reytinqinə daxil olub

Azərbaycan Universiteti ilk dəfə RUR reytinqinə daxil olub

04 iyun 2024

Baxış sayı: 446

RUR beynəlxalq reytinq agentliyinin (Round University Ranking) 2024-cü il üzrə nəticələri elan edilib. Nəticələrə əsasən Azərbaycan Universiteti ilk dəfə bu reytinqə daxil olaraq, dünya universitetləri reytinqinə görə 1055-ci (ölkə üzrə 4-cü), tədrisə görə  895-ci (ölkə üzrə 3-cü), tədqiqata görə 1093-cü (ölkə üzrə 6-cı), beynəlmiləlləşməyə görə 1004-cü (ölkə üzrə 4-cü) pillədə yer alıb. 

2024-cü il RUR reytinqində Azərbaycanı 8 universitet təmsil edib. Qiymətləndirmə 2023-cü ilin avqust ayına kimi daxil edilmiş məlumatlar əsasında müəyyən edilib.

RUR reytinqində yer alan Azərbaycan universitetlərinin sıralaması aşağıdakı kimidir:

  • 1. Qərbi Kaspi Universiteti (WCU)
  • 2. Bakı Dövlət Universiteti (BDU) 
  • 3. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
  • 4. Azərbaycan Universiteti (AU) - 1055-ci yer, ilk dəfə
  • 5. Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) 
  • 6. Azərbaycan Texniki Universiteti (AzTU)
  • 7. Bakı Biznes Universiteti (BBU)
  • 8. Gəncə Dövlət Universiteti (DGU)

Qeyd edək ki, RUR reytinqində universitetlər tədrisin keyfiyyəti (40 faiz), tədqiqatın keyfiyyəti (40 faiz), beynəlmilləşmə (10 faiz) və maliyyə dayanıqlılığı (10 faiz) istiqamətlərində qruplaşdırılan 20 parametrə görə qiymətləndirilir.

  İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR