XƏBƏRLƏR
Azərbaycan Universitetinin tələbələri “Antec Academy”də təşkil olunan təlimdə iştirak ediblər
Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin 2-ci kursda təhsil alan tələbələri İT bacarıqlarının inkişafı məqsədilə “Antec Academy”də təşkil olunan “Excel” adlı təlimdə iştirak ediblər.
Təlimdə tələbələrə əvvəlcə “Antec Academy”nin rəhbəri, İT və proqramlaşdırma sahəsi üzrə mütəxəssis Günay Hüseynli şirkətin yaranması və fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Ardınca tələbələrə “Excel”də diaqramların qurulması, hesablamaların aparılması, vikipedia məlumatlarının “Excel”ə köçürülməsi, statistikaların hazırlanması və bu kimi mövzularda təqdimat edilib.
Təlim tələbələrin suallarının cavablandırılması ilə davam edib.
İctimaiyyətlə əlaqələr şöbəsi
DİGƏR XƏBƏRLƏR
Dissertant Toğrul Fərzullayevin ilkin müzakirəsi keçirilib
11 mart 2025
İqtisadiyyat və idarəetmə kafedrasında növbəti elmi seminar keçirilib
10 mart 2025
Hüseyn Hüseynli TKTA-nın ekspert hazırlığı təlimini uğurla başa vurub
10 mart 2025
Tələbələr üçün IELTS imtahanı haqqında infosessiya keçirilib
10 mart 2025
Azərbaycan Universiteti beynəlxalq təhsil və karyera sərgisində iştirak edib
09 mart 2025
Stefan Cojocaru beynəlxalq konfransda plenar məruzə ilə çıxış edəcək
07 mart 2025