XƏBƏRLƏR

Azərbaycan Universitetinin 2024/2025-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul planı təsdiqlənib

Azərbaycan Universitetinin 2024/2025-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul planı təsdiqlənib

14 iyun 2024

Baxış sayı: 240

Azərbaycan Universitetinin 2024/2025-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul planı təsdiqlənib. I qrup üzrə 3, II qrup üzrə 8, III qrup üzrə isə 13 ixtisas olmaqla, ümumilikdə 24 ixtisas üzrə qəbul aparılacaq. 

Abituriyentlərin nəzərinə çatdırmaq istəyirik ki, Azərbaycan Universitetinə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır. Bütün ixtisaslara dövlət sifarişi əsasında qəbul mümkündür. 

I qrupda İnformasiya təhlükəsizliyi, II qrupda Biznesin idarə edilməsi, İqtisadiyyat, Maliyyə, Marketinq, Mühasibat, III qrupda isə Sosial iş ixtisaslarının tədrisi Azərbaycan dili ilə yanaşı ingilis dilində də aparılır. İngilis dilində tədris olunan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün 1 (bir) tədris ili ayrılmaqla təhsil müddəti 5 ildir. Bu ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.

Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq Dövlət büdcəsinin hesabına təqaüd ala bilirlər. 

Azərbaycan Universiteti tərəfindən təsis olunan “Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd” birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir. Təqaüdün ümumi məbləği 500 manat təşkil edir.

Azərbaycan Universitetində beynəlxalq ikili diplom proqramları və Universitet Daxili İki Diplom Proqramı fəaliyyət göstərir.

Azərbaycan Universitetinin 2023/2024-cü tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul planı, keçid balları və abituriyentləri maraqlandiran digər məlumatlarla ilə keçidə daxil olaraq tanış olmaq mümkündür. 

Bakalavriat səviyyəsi üzrə tələbə qəbulu planı: https://au.edu.az/az/admission/bakalavriata-gebul

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR