XƏBƏRLƏR

“Conversation Club”ın növbəti görüşü “Black February” mövzusuna həsr olunub

“Conversation Club”ın növbəti görüşü  “Black February” mövzusuna həsr olunub

27 fevral 2026

Baxış sayı: 100

Xarici dillər kafedrasının nəzdində fəaliyyət göstərən “Conversation Club”ın növbəti görüşü keçirilib. Yaz semestri üzrə fəaliyyətini bərpa edən klubun görüşləri ABŞ hökumətinin maliyyələşdirdiyi “Fulbright” beynəlxalq mübadilə proqramı çərçivəsində Azərbaycan Universitetinin pedaqoji heyətinə qoşulan və Xarici Dillər kafedrasında müəllim assistenti kimi çalışan Johnae Spain tərəfindən hər bazar ertəsi saat 10:10-da başlayır. 

Budəfəki görüş “Black February” mövzusuna həsr olunub. Johnae Spain görüşdə təqdimatla çıxış edərək mövzu ilə bağlı ətraflı məlumat verib, “Black February” hadisələrinin tarixi və ictimai əhəmiyyəti haqqında danışıb. 

Təqdimatın ardından tələbələrlə mövzu ətrafında müzakirə aparılıb, onların fikirləri dinlənilib və sualları cavablandırılıb.

İnteraktiv formatda təşkil olunan tədbirin sonunda rəqs nümayiş etdirilib, tələbələr rəqsləri ifa etməyə cəhd göstərərək fəallıq nümayiş etdiriblər. 

Qeyd edək ki, “Conversation Club”ın əsas məqsədi tələbələrin ingilis dilində ünsiyyət bacarıqlarını inkişaf etdirmək, onların müzakirə aparma və fikir mübadiləsi vərdişlərini gücləndirməkdir. 


İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR