XƏBƏRLƏR

“Conversation Club” cari tədris ili üçün fəaliyyətini yekunlaşdırıb

Xarici dillər kafedrasının nəzdində fəaliyyət göstərən “Conversation Club” (ingilis dilində danışıq klubu) 2025/2026-cı tədris ili üçün fəaliyyətini yekunlaşdırıb. Klubun fəaliyyəti iki istiqamətdə təşkil olunub, həm tələbələr, həm də inzibati heyət üzvləri üçün görüşlər təşkil edilib.

Klubun tələbələr üçün nəzərdə tutulan sessiyalarını Biznes və iqtisadiyyat fakültəsinin Marketinq (tədris ingilis dilində) ixtisası üzrə təhsil alan II kurs tələbəsi, həmçinin klubun sədri Günel Əzimova idarə edib. 

“Advertising & Neuromarketing” mövzusunda təşkil olunan son sessiyada iştirakçılar reklamın insanların qərarvermə prosesinə təsiri, neuromarketinqin əsas prinsipləri və müasir marketinq strategiyalarında rolu haqqında videoçarx izləyib, mövzu haqqında öz fikirlərini bölüşüb, qrup işləri yerinə yetiriblər. 

İnzibati heyət üzvlərinin iştirak etdiyi sessiyaların moderatoru isə ABŞ hökumətinin maliyyələşdirdiyi “Fulbright” beynəlxalq mübadilə proqramı çərçivəsində Azərbaycan Universitetinin pedaqoji heyətinə qoşulan və Xarici dillər kafedrasında müəllim assistenti kimi çalışan Johnae Spain olub. 

Qeyd edək ki, “Conversation Club” inzibati heyət üzvlərinin və tələbələrin ingilis dilində danışıq bacarıqlarını irəlilətmək və iştirakçılar üçün sərbəst ünsiyyət mühiti yaratmaq məqsədilə təşkil olunur. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR