XƏBƏRLƏR
Doktorantura və dissertanturaya qəbul imtahanının tarixi bəllidir
Azərbaycan Universitetində fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul imtahanlarının tarixləri açıqlanıb. Doktorantura namizədləri üçün imtahan 25 yanvar 2018-ci il tarixində saat 10.00-da, dissertantura namizədləri üçün isə həmin gün saat 14.00-da başlayacaq.
Sənəd qəbulu 19 yanvar 2018-ci il saat 17.00-a qədər Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasında, Magistratura və doktorantura şöbəsində aparılacaqdır.
Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul planı
İqtisad elmləri
- İqtisadi fəaliyyət növləri - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- İqtisadi nəzəriyyə – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- Ümumi iqtisadiyyat - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- Müəssisələrin təşkili və idarə olunması - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- Sahə iqtisadiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Tarix
- Vətən tarixi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Filologiya elmləri
- Azərbaycan dili – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- Azərbaycan ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- Dünya ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Fəlsəfə
- Sosial fəlsəfə - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul planı
İqtisad elmləri
- İqtisadi fəaliyyət növləri - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- Ümumi iqtisadiyyat 1nəfər – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- Müəssisələrin təşkili və idarə olunması - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- Sahə iqtisadiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Tarix
- Vətən tarixi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Filologiya elmləri
- Azərbaycan dili - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- Azərbaycan ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- Dünya ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Fəlsəfə
- Sosial fəlsəfə - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
- Fəlsəfə tarixi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
Tələb olunan sənədlərin siyahısı
- Rektorun adına ərizə
- Kadrların şəxsi qeydiyyat vərəqi
- Tərcümeyi-hal
- 4 ədəd fotoşəkil (3x4)
- İş yerindən xasiyyətnamə
- İş stajı olanlar üçün əmək kitabçasından çıxarış
- Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat
- Ali təhsil müəssisəsinin bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə)
- Şəxsiyyəti təsdiq edən sənədin surəti
Bir tədris ili üçün təhsil haqqı həm doktorantlar, həm də dissertantlar üçün 1200 manatdır.
Əlavə məlumat üçün:
Azərbaycan Universiteti
Magistratura və doktorantura şöbəsi
Tel: (+99412) 431 41 12 (daxili 126)
İctimaiyyətlə əlaqələr şöbəsi
10.01.2018