XƏBƏRLƏR
Azərbaycan Universitetinin professoru Almaniyada beynəlxalq konfransda iştirak edib
Azərbaycan Universitetinin Xarici dillər kafedrasının professoru Azad Məmmədov 23-26 iyul tarixlərində Almaniyanın Koblenz Universitetində keçirilən “II Mədəniyyət dilçiliyi” beynəlxalq konfransında iştirak edib.
Professor Azad Məmmədov beynəlxalq tədbirin bölmə iclasında “Qloballaşma diskursunun üzləşdiyi linqvistik çağırışa dair: Müasir dünyada ingilis dilinin dəyişən rolu” mövzusunda məruzə ilə çıxış edib. Bölmə iştirakçıları tərəfindən maraqla qarşılanan məruzədə müasir dünyada baş verən siyasi proseslərin ingilis dilinin mövcud qlobal statusuna təsiri və ingilis dilinin bu statusunun gələcək taleyi işıqlandırılır.
İctimaiyyətlə əlaqələr şöbəsi
27.07.2018
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın yeni kitabı çap olunub
13 mart 2025
Dissertant Toğrul Fərzullayevin ilkin müzakirəsi keçirilib
11 mart 2025
İqtisadiyyat və idarəetmə kafedrasında növbəti elmi seminar keçirilib
10 mart 2025
Hüseyn Hüseynli TKTA-nın ekspert hazırlığı təlimini uğurla başa vurub
10 mart 2025
Tələbələr üçün IELTS imtahanı haqqında infosessiya keçirilib
10 mart 2025
Azərbaycan Universiteti beynəlxalq təhsil və karyera sərgisində iştirak edib
09 mart 2025