XƏBƏRLƏR

Tələbə Gənclər Təşkilatı Həmrəylik gününə həsr olunmuş tədbir keçirib

Tələbə Gənclər Təşkilatı Həmrəylik gününə həsr olunmuş tədbir keçirib

01 yanvar 2026

Baxış sayı: 244

Azərbaycan Universitetinin Tələbə Gənclər Təşkilatı tərəfindən (TGT) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün bərpası və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə rəsmi çıxışlarla yanaşı, bədii proqram da təqdim edilib, həmçinin panel müzakirə təşkil olunub.  

Tədbirin rəsmi hissəsində Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Rəşad Zeynalov və Azərbaycan Universitetinin TGT sədri Hüseyn Rüstəmli çıxış ediblər. Çıxış edənlər günün tarixi, strateji, ideoloji və mənəvi əhəmiyyətini  diqqətə çatıdırıb, milli birlik və həmrəyliyin qorunub saxlanılmasında gənclərin rolunu xüsusi vurğulayıblar. Çıxışlarda Həmrəylik Gününün tarixi zərurətdən irəli gələrək təsis olunduğu qeyd olunub, günün əsasını qoyan tarixi hadisələr barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bu əlamətdar günün rəsmiləşdirilməsi, bayram kimi təsis olunması və dövlət səviyyəsində qeyd edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 

Tədbirin bədii hissəsində Azərbaycan Universitetinin və Azərbaycan Milli Konservatoriyasının Tələbə Gənclər Təşkilatlarının istedadlı üzvləri tərəfindən milli rəqs və musiqi nömrələri təqdim olunub. 

Tədbir “Dövlət gənclər siyasəti və müasir gənclik” mövzusunda keçirilən panel müzakirə ilə yekunlaşıb. Panel müzakirədə Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri Elvin Talışınski və ATGTİ sədri Rəşad Zeynalov tələbələrin suallarını cavablandıraraq gənclərin təhsil, ictimai fəallıq, şəxsi inkişaf və karyera imkanları ilə bağlı mövzulara münasibət bildiriblər.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR