XƏBƏRLƏR
Tələbəmiz Toğrul Quliyev beynəlxalq dil sertifikatı alıb
Azərbaycan Universitetinin ingilisdilli menecment ixtisası üzrə təhsil alan III kurs tələbəsi Toğrul Quliyev “Education First” (EF) beynəlxalq dil sertifikatının C1 səviyyəsini almağa nail olub.
Tələbəmiz yay aylarında EF Beynəlxalq Dil Mərkəzləri (International Language Centres) tərəfindən Maltada təşkil olunan 1 aylıq intensiv dil kursunda iştirak edib. Tətilinin bir hissəsini fərqli mədəniyyətləri kəşf edərək keçirən, dil tədrisini səyahət ilə birləşdirən tələbəmiz imtahanı uğurla verərək irəli səviyyə dil sertifikatını əldə edib.
Qeyd edək ki, dünyanın ən böyük təhsil şirkətlərindən biri olan EF geniş dil öyrənmə imkanları, təhsil turları, mədəni mübadilə, yay məktəbi proqramları təklif edir.
İctimaiyyətlə əlaqələr şöbəsi
26.10.2018
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın yeni kitabı çap olunub
13 mart 2025
Dissertant Toğrul Fərzullayevin ilkin müzakirəsi keçirilib
11 mart 2025
İqtisadiyyat və idarəetmə kafedrasında növbəti elmi seminar keçirilib
10 mart 2025
Hüseyn Hüseynli TKTA-nın ekspert hazırlığı təlimini uğurla başa vurub
10 mart 2025
Tələbələr üçün IELTS imtahanı haqqında infosessiya keçirilib
10 mart 2025
Azərbaycan Universiteti beynəlxalq təhsil və karyera sərgisində iştirak edib
09 mart 2025