Azərbaycan xalqının etnogenezi və milli kimlik məsələsi

Beynəlxalq konfrans 
Azərbaycan Universiteti, 28 oktyabr 2022-ci il

Konfrans Azərbaycan türklərinin qədim zamanlardan Qafqazda yaşamasının sübutlarının, qonşularla münasibətlərinin, Azərbaycan xalqının etnogenezinin Qafqazda etnik proseslər kontekstində təhlilinin, Qafqaz xalqlarının formalaşmasına təsir edən amillərin, filoloji düşüncə tərzində etnogenez məsələlərinin, etnogenez və identikliyin fəlsəfi aspektlərinin, mədəniyyət və incəsənət nümunələrində milli kimlik elementlərinin araşdırılması və s. kimi məsələlərin müzakirəsi nəzərdə tutulur.

Təşkilat komitəsi

Sədr

  • Səadət Əliyeva, Azərbaycan Universiteti

Üzvlər

  • Yusif Qasımov, Azərbaycan Universiteti
  • Qabil Əliyev, Azərbaycan Universiteti
  • Yaqub Mahmudov, AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universiteti
  • Guram Markhulia, Suxumi Dövlət Universiteti (Gürcüstan)
  • Nizami Cəfərov, AMEA-nın həqiqi üzvü, Azərbaycan Atatürk Mərkəzi
  • Vefa Kurban, Ege Üniversitesi, Türk Dünyası Araştırmaları Enstitüsü
  • Musa Qasımlı, AMEA-nın müxbir üzvü
  • Anar İsgəndərov, Bakı Dövlət Universiteti
  • İradə Huseynova, Bakı Dövlət Universiteti
  • Nüşabə Quliyeva, Azərbaycan Universiteti
  • Sevinc Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Lətifə Ağamalıyeva, Azərbaycan Universiteti
  • Məhərrəm Qasımlı, AMEA-nın müxbir üzvü, Azərbaycan Universiteti
  • Səfər Məmmədov, Azərbaycan Universiteti
  • Ülviyyə Rəhimova, Azərbaycan Universiteti
  • Samirə Məmmədova, Azərbaycan Universiteti
  • Tünzalə Verdiyeva, Azərbaycan Universiteti

Elmi istiqamətlər

  • Tarix: Azərbaycan xalqının etnogenezi Qafqaz regionunda etnik proseslər kontekstində
  • Filologiya: Filoloji düşüncə tərzində etnogenez problemləri
  • Fəlsəfə: Etnogenez və identikliyin fəlsəfi aspektləri
  • Mədəniyyət: Mədəniyyət və incəsənət abidələrimizdə milli kimlik məsələsi

Plenar məruzələr

  • Akademik Yaqub Mahmudov
    Azərbaycan xalqının təşəkkülü prosesi necə saxtalaşdırılmışdır
  • Akademik Nizami Cəfərov
    Qədim zamanlarda Azərbaycanda etnodil prosesləri
  • Baha Ahmet Yilmaz
    The concept of identity and the role of the Republic of Turkiye in the foundation process: periods and dynamics

Müəlliflər üçün təlimatlar

Konfransın işçi dilləri

  • Azərbaycan, rus, ingilis

Tezisin tərtibi qaydaları

  • Həcm 5 səhifəyə qədər, format A4, şrift  Times New Roman, ölçü 14, hər tərəfdən 2,0 sm, 1,5 interval, abzas 1,25 olmalıdır.
  • Açar sözlər ədəbiyyat siyahısından əvvəl göstərilməlidir. Tezisin sonunda İngilis dilində xülasə əlavə olunmalıdır.

Tezisin strukturu

  • Tezisin adı böyük hərflərlə, qalın şriftlə (ölçü 14)
  • Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə (ölçü 14)
  • Təşkilat və şəhərin adı adi şriftlə (ölçü 12)
  • Tezisin mətnində qaynaqlara istinad, kvadrat mötərizədə nömrə ilə (istinadın ədəbiyyat siyahısındakı nömrəsinə müvafiq olaraq) verilir (məs.: [1], [2]). İstifadə olunan ədəbiyyatın siyahısı tezisin sonunda, əlifba sırası ilə və nömrələnməklə verilir (ölçü 14).

Tezislərin göndəriləcəyi ünvan

Mühüm tarixlər

  • Tezislərin son göndərilmə tarixi: 28 sentyabr 2022-ci il
  • Tezisin qəbul olunması haqqında son məlumatlandırma tarixi: 16 oktyabr 2022-ci il

Keçirilmə yeri və əlaqə