Gənc tədqiqatçıların IV respublika elmi-praktik konfransı
Azərbaycan Universiteti, 9 aprel 2021-ci il
Gənc Tədqiqatçıların IV respublika elmi-praktik konfransının məqsədi ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, onların ikt və tətbiqləri, iqtisadiyyat, humanitar və sosial elmlər sahələrində əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaqdır.
Təşkilat komitəsi
Sədr
- Səadət Əliyeva, Azərbaycan Universiteti
Üzvlər
- Yusif Qasımov, Azərbaycan Universiteti
- Nüşabə Quliyeva, Azərbaycan Universiteti
- Lətifə Ağamalıyeva, Azərbaycan Universiteti
- Asif Paşayev, Azərbaycan Universiteti
- Səfər Məmmədov, Azərbaycan Universiteti
- Ülviyyə Rəhimova, Azərbaycan Universiteti
- Qabil Əliyev, Azərbaycan Universiteti
- Nəriman Böyükkişi, Azərbaycan Universiteti
- Samirə Məmmədova, Azərbaycan Universiteti
- Tünzalə Verdiyeva, Azərbaycan Universiteti
- Qabil Əliyev, Azərbaycan Universiteti
Katib
- Afiq Nadirov, Azərbaycan Universiteti
Elmi istiqamətlər
Konfrans aşağıdakı bloklar üzrə keçirilir:
- İKT və tətbiqləri
- Humanitar elmlər
- İqtisadiyyat
- Sosial elmlər
Müəlliflər üçün təlimatlar
Konfransın işçi dilləri
Tezisin tərtibi qaydaları
- Həcm 3 səhifəyə qədər, format A4, şrift Times New Roman, ölçü 14, hər tərəfdən 2,0 sm, 1,5 interval, abzas 1,25 olmalıdır.
Tezisin strukturu
- Tezisin adı böyük hərflərlə, qalın şriftlə (ölçü 14)
- Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə (ölçü 14)
- Təşkilat və şəhərin adı adi şriftlə (ölçü 12)
- Tezisin mətnində qaynaqlara istinad, kvadrat mötərizədə nömrə ilə (istinadın ədəbiyyat siyahısındakı nömrəsinə müvafiq olaraq) verilir (məs.: [1], [2]).
- İstifadə olunan ədəbiyyatın siyahısı tezisin sonunda, əlifba sırası ilə və nömrələnməklə verilir (ölçü 14).
Mühüm tarixlər
- Tezislərin son göndərilmə tarixi: 12 mart 2021-ci il
- Tezisin qəbul olunması haqqında son məlumatlandırma tarixi: 31 mart 2021-ci il
Qeydiyyat
- Konfransa qeydiyyat haqqı 25 manatdır.
Keçirilmə yeri və əlaqə
- Azərbaycan Universiteti
Nəsimi rayonu, Ceyhun Hacıbəyli, 71
Bakı şəhəri, Azərbaycan Respublikası AZ1007 - E-poçt: genc.tedqiqatci@au.edu.az
- Tel: (+99412) 431 41 12/13/16 (daxili 126)