Modernləşmə şəraitində milli iqtisadiyyatın inkişafının
aktual problemləri və perspektiv istiqamətləri
Respublika elmi konfransı
10 oktyabr 2018-ci il, Azərbaycan Universiteti
“AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ” inkişaf konsepsiyasında, daha sonra isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”ndə qarşıdakı dövrdə ölkə iqtisadiyyatının starteji inkişaf xətti kimi modernləşmə siyasəti əsas vasitə kimi göstərilmişdir.
Son 10 ildə ölkənin sosial-iqtisadi həyatının modernləşdirilməsi istiqamətində görülən tədbirlərin nəticəsi olaraq, Azərbaycan iqtisadiyyatı dayanıqlı yüksəlişə nail olmuş, qeyri-neft sektorunun inkişafında əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Bu dövr Azərbaycan iqtisadiyyatında yeniləşmə mərhələsi və keyfiyyət dəyişikliklərinin başlanğıc tarixidir.
Qarşıdakı dövrdə əldə edilən nailiyyətlərin saxlanılması ilə yanaşı, inkişafın yeni istiqamətləri və problemlərin həlli yolları müəyyən edilməli, Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək üçün bütün mümkün vasitələrdən istifadə edilməlidir. Həmin vəzifələrin uğurla yerinə yetirilməsi və inkişafın yeni istiqamətlərinin müəyyənləşdirilməsində elmi tədqiqatlar və onların nəticələrinin iqtisadiyyatın və cəmiyyət həyatının bütün sahələrində istifadə edilməsi mühüm rol oynayır.
Konfransın keçirilməsinin məqsədi milli iqtisadiyyatın inkişafının aktual problemlərinin tədqiqinə təcrübəli alim və mütəxəssisləri cəlb etmək, onların potensialını müvafiq məsələlərin həllinə yönəltməkdən ibarətdir.
Təşkilat Komitəsi
Konfransın sədri
- Səadət Əliyeva, Azərbaycan Universitetinin rektoru
Konfransın təşkilat komitəsi
- Yusif Qasımov, Azərbaycan Universitetinin prorektoru
- Nüşabə Quliyeva, Azərbaycan Universiteti
- Lətifə Ağamalıyeva, Azərbaycan Universiteti
- İhsan Bulut, Türkiyə, Akdeniz Üniversitesi
- Katarzyna Mikolajczyk, Polşa, Krakov İqtisad Universiteti
- David Schultz, Hamline Universiteti, ABŞ
- Asif Paşayev, Azərbaycan Universiteti
- Rövşən Quliyev, Azərbaycan Universiteti
- Recep Kök, Türkiyə, Dokuz Eylül Üniversitesi
- Nəriman Böyükkişi, Azərbaycan Universiteti
- Qabil Əliyev, Azərbaycan Universiteti
- Qəzənfər Süleymanov, ADNSU
- Məhiş Əhmədov, UNEC
- Elşad Məmmədov, UNEC
- Təbriz Əliyev, AMEA
- Xatire Huseynova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası
- Vilayət Quliyev, İqtisadiyyat Nazirliyi, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu
Konfransın katibi
- Könül Nuriyeva, Azərbaycan Universiteti
Elmi istiqamətlər
- Ümumi iqtisadiyyat
- Dünya iqtisadiyyatı
- Maliyyə və Bank işi
- Mühasibatlıq
- Turizm və sosial–mədəni servis xidmətləri
- Marketinq
- Menecment
- Sığorta
- Logistika
- İKT
Mühüm tarixlər
- Məqalələrin son göndərilmə tarixi: 25 sentyabr 2018-ci il
- Məqalənin qəbul olunması haqqında son məlumatlandırma tarixi: 30 sentyabr 2018-ci il
Müəlliflər üçün təlimatlar
- Məqalələr azərbaycan, rus və ingilis dillərində qəbul edilir.
- Təqdim olunan məqalə Microsoft Word proqramında yazılmalıdır. Həcm 5 səhifəyə qədər, format A4, şrift Times New Roman, ölçü 14, hər tərəfdən 2,0 sm, 1,5 interval, abzas 1,25 olmalıdır.
- Açar sözlər ədəbiyyat siyahısından əvvəl göstərilməlidir. Əgər material azərbaycan və ya rus dilində təqdim edilirsə, məqalənin sonunda ingilis dilində xülasə əlavə olunmalıdır.
- Konfransa qeydiyyat haqqı 20 manatdır.
Məqalənin strukturu aşağıdakı kimi olmalıdır.
- Məqalənin adı böyük hərflərlə, qalın şriftlə (ölçü 14)
- Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə (ölçü 14)
- Təşkilat və şəhərin adı adi şriftlə (ölçü 12)
- Məqalənin mətnində qaynaqlara istinad, kvadrat mötərizədə nömrə ilə (istinadın ədəbiyyat siyahısındakı nömrəsinə müvafiq olaraq) verilir (məs.: [1], [2]). İstifadə olunan ədəbiyyatın siyahısı məqalənin sonunda, əlifba sırası ilə və nömrələnməklə (kvadrat mötərizədə) verilir (ölçü 14).
- Konfransda iştirak etmək istəyənlər tezislərini meco2018@au.edu.az ünvanına göndərə bilərlər.
Keçirilmə yeri
- Azərbaycan Universiteti
Ceyhun Hacıbəyli, 71
Nəsimi rayonu, Bakı şəhəri
Azərbaycan Respublikası AZ1007
Əlaqə