XƏBƏRLƏR

Azərbaycan Universitetinin tələbəsi “Şuşa: İƏT Gənclər Paytaxtı - 2024”-ün bağlanış mərasimində iştirak edib

Azərbaycan Universitetinin tələbəsi  “Şuşa: İƏT Gənclər Paytaxtı - 2024”-ün  bağlanış mərasimində iştirak edib

11 dekabr 2024

Baxış sayı: 84

Azərbaycan Universitetinin İnformasiya təhlükəsizliyi ixtisası üzrə təhsil alan pakistanlı tələbəsi Ali Ahmed Şuşa şəhərində olub, “Şuşa:  İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı - 2024” Beynəlxalq Proqramının bağlanış mərasimi çərçivəsində bir sıra tədbirlərdə iştirak edib.

İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən olan tələbələr üçün nəzərdə tutulmuş tədbirlər planına əsasən maraqlı təlimlər, sessiyalar, marafonlar və mədəni proqramlar keçirilib. Təşkil olunan təlimlər və sessiyalar iştirakçılara İslam Əməkdaşlıq Təşkilatının gənclər siyasətinə dair biliklərini artırmaq, müxtəlif ölkələrdən olan gənclərlə fikir mübadiləsi aparmaq və yeni layihələrə imza atmaq imkanları təqdim edib.

Şuşada keçirilən tədbirlərin əsas məqsədi İƏT-ə üzv dövlətlərin gəncləri arasında həmrəyliyi gücləndirmək, gənclər siyasəti sahəsində əməkdaşlığı inkişaf etdirmək və mədəniyyətlərarası dialoqu təşviq etməkdir. 

Əcnəbi tələbələr səfər çərçivəsində Xankəndi şəhərində yerləşən Qarabağ Universitetini ziyarət ediblər. 

Xatırladaq ki, 2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı - 2024” Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilib.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR