XƏBƏRLƏR

Azərbaycan Universiteti ScholarGPS® qlobal reytinqinə də daxil olub

Azərbaycan Universiteti ScholarGPS® qlobal reytinqinə də daxil olub

08 aprel 2025

Baxış sayı: 152

Azərbaycan Universiteti akademik tədqiqatların məhsuldarlığı, elmi nüfuzu və keyfiyyəti baxımından dünya üzrə 30 milyondan çox alim və 120 mindən çox müəssisənin fəaliyyətinin qiymətləndirildiyi ScholarGPS® qlobal reytinqində də yer alıb. Azərbaycan Universiteti qeyd olunan qlobal platformada 2024-cü il üzrə Azərbaycanı təmsil edən 3 ali təhsil müəssisəsindən biridir və ölkə üzrə ikinci yerdə qərarlaşıb (https://scholargps.com/institutional-rankings?year=2024&country=Azerbaijan).

ScholarGPS® alimlər üçün hazırlanmış elmi analitika və müstəqil verilənlər bazası platformasıdır. Platforma süni intellekt və elmi məlumat alqoritmlərindən istifadə edərək, bütün alimlər, universitetlər və akademik proqramlar üçün hərtərəfli tədqiqatçı profilləri və tədqiqatçıların elmi fəaliyyətini kəmiyyət və keyfiyyət baxımından təhlil edərək onların reytinq sıralamalarını təqdim edir.

ScholarGPS® reytinq sıralamaları keyfiyyətli və ciddidir, yenilikçi, dəqiq və hərtərəfli ScholarGPS® alqoritmləri ilə təmin edilir və bunlar nəşr metadatası (adlar, müəlliflər, nəşr yerləri, növlər və tarixlər) daxil olmaqla bütün formalarda elmi məlumatı faktiki qiymətləndirmək və təşkil etmək üçün istifadə olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR