XƏBƏRLƏR

Türkiyəli professor Hasan Sacit Keseroğlu tələbələrə mühazirə oxuyub

Türkiyəli professor Hasan Sacit Keseroğlu tələbələrə mühazirə oxuyub

29 noyabr 2024

Baxış sayı: 106

Türkiyənin Kastamonu Universitetinin professoru Hasan Sacit Keseroğlu Azərbaycan Universitetinin Humanitar və sosial elmlər fakültəsinin tələbələrinə mühazirə oxuyub. Fakültənin Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə təşkil olunan mühazirə “Fəlsəfə və elmi biliyin vəhdəti” mövzusuna həsr olunub. 

Mühazirə insanın yaranması prosesi və təkamül hipotezi, insanın təkamül prosesində dilin formalaşması və inkişafı, dünya haqqında fantastik təsəvvürlərin formalaşması, dünyanın ilk fəlsəfi görüşü sayılan mifologiyanın ortaya çıxması və ibtidai cəmiyyətin həyatında yerinə yetirdiyi funksiya, miflərin və dinlərin yaranması, ictimai şüurun inkişafı  kimi mövzuları əhatə edib. Mühazirədə qeyd olunub ki, mifologiya şüur və elm ilə sıx əlaqədardır. İnsan yaradıcılığının bütün formaları, həm fəlsəfi düşüncə, həm də elmlər mifik dünyagörüşündən meydana gəlib.  

Qonaq professor sonda mövzuya dair ona ünvanlanan çoxsaylı sualları cavablandırıb. 

        İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR