XƏBƏRLƏR
Tələbələrimiz sosial işin tədrisinə həsr olunmuş konfransda məruzə ilə iştirak edib
Azərbaycan Universitetinin Sosial iş ixtisası üzrə təhsil alan bakalavriat III kurs tələbələri Elçin Abdullayev, Rahib Qaraşlı və magistratura I kurs tələbələri Mehriban Qənbərova, Əsli Xəlilova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən “Sosial iş tədrisində nəzəriyyə və təcrübənin qarşılıqlı əlaqəsinin əhəmiyyəti” mövzusunda I ümumrespublika tələbə konfransında məruzə ilə iştirak ediblər.
rnKonfransın məqsədi Sosial iş peşəsinin təşviqi və inkişafına, tələbələrin peşə, bilik və bacarıqlarına, onların peşəkar rolu və funksiyalarına sosial xidmət konsepsiyasına uyğun olaraq kömək etmək, tələbələrin tədris prosesində qarşılaşdıqları problemləri və ehtiyacları bölüşmək, onların sosial hüquqlarını qorumaq və bu hüquqların inkişafını dəstəkləmək, tələbələr arasında birlik, həmrəylik və peşə etikasının formalaşmasına kömək etməkdir.
rnKonfransın işi “Uşaq hüquqları”, “Gənclər siyasəti və gənclərlə iş”, “Sosial iş təhsili”, “Sosial iş praktikası” olmaqla dörd istiqamətdə təşkil olunub. Panel iclaslarında tələbələrin sosial iş sahəsi üzrə müxtəlif mövzularda məruzələri dinlənilib.
rnElçin Abdullayev və Rahib Qaraşlı tədbirin panel iclasında “Görmə məhdudiyyətli gənclərin qarşılaşdığı çətinliklər” mövzusunda məruzə ediblər. Mehriban Qənbərovanın məruzəsi “Yeniyetməlik yaşında mövcud olan problemlərin həllində sosial işin rolu” mövzusuna həsr olunub. Əsli Xəlilova isə “Əlilliyi olan gənclərlə sosial işin praktikası” mövzusunda çıxış edib.
rnKonfransda iştirak edən tələbələrə sertifikatlar və konfransın materiallarının çap olunduğu toplu təqdim olunub.
rnİctimaiyyətlə əlaqələr şöbəsi
30 aprel 2019