XƏBƏRLƏR
Bakı Apellyasiya Məhkəməsinin hakimi Sosial iş tələbələri ilə görüşüb
Azərbaycan Universitetində Sosial iş ixtisası üzrə təhsil alan tələbələr üçün “Psixi sağlamlığın pozulmasının cinayətkar meyillərə təsiri” mövzusunda açıq dərs təşkil edilib. Sosial işin təşkili kafedrasının müəllimi Firuzə Hüseynovanın təşkilatçılığı ilə keçirilən açıq dərsin qonağı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Cavid Hüseyn olub.
Cavid Hüseyn çıxışında tələbələrə psixi sağlamlıq və hüquqi sistem arasında olan əlaqələrə dair vacib məlumatlar təqdim edib. Həmçinin psixi sağlamlıq pozuntularının müxtəlif növlərinin insan davranışlarına və xüsusilə cinayətkar meyillərə necə təsir etdiyini izah edib.
Sonda tələbələrin mövzuya dair sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) təşəbbüsü ilə elan edilmiş “18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində təşkil olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi