XƏBƏRLƏR

BP Azərbaycan Universitetinə 250 nüsxə kitab hədiyyə edib

BP Azərbaycan Universitetinə 250 nüsxə kitab hədiyyə edib

07 yanvar 2026

Baxış sayı: 404

BP şirkəti Azərbaycan Universitetinin elmi kitabxanasına növbəti beş beynəlxalq dərsliyin Azərbaycan dilinə tərcümə olunmuş nəşrlərini hədiyyə edib. Universitetin kitabxanasına ümumilikdə 5 adda 250 nüsxə dərslik daxil olub. Yerli universitet və ekspertlərdən əldə edilmiş tövsiyələr əsasında seçilən dərsliklər tələbə və müəllimlər, həmçinin, iqtisadiyyat, maliyyə, biznes və statistika üzrə ixtisaslaşan tədqiqatçılar üçün dəyərli mənbədir.

Bununla da BP-nin son 9 il ərzində dünyanın ən qabaqcıl akademik resurslarının Azərbaycana gətirilməsi məqsədi ilə nəşr etdiyi kitabların ümumi sayı 29-a çatıb. Layihə BP-nin yerli universitetlərə dünyada tanınmış qabaqcıl akademik materiallara, bilik və təcrübələrə çıxış imkanı təmin etməklə tədris və təlim prosesinin gücləndirilməsinə dəstək olmaq üçün həyata keçirdiyi geniş təhsil proqramının bir hissəsidir.  

Elmi kitabxanaya hədiyyə edilmiş növbəti kitablar haqqında məlumat aşağıdadır:

  • Ekonometrikaya giriş. Müasir yanaşma (Müəllif: Cefri M. Vuldric), Nəşriyyat: Cengage Learning, 2020, 7-ci nəşr
  • Biznes və iqtisadiyyat üçün statistika (Müəlliflər: Anderson, Svini, Vilyams, Kem, Kokran, Frey, Olmann), Nəşriyyat: Cengage Learning, 2017, 14-cü nəşr
  • Statistik nəticəçıxarma (Müəlliflər: Corc Kasella, Rocer L. Berger), Nəşriyyat: Brooks/cole, Cengage Learning, 2002, 2-ci nəşr
  • Korporativ maliyyə. Əsas prinsiplər (Müəlliflər: Riçard A. Bril, Stüart K. Mayers,  Franklin Allen), Nəşriyyat: McGraw-Hill/Irwin, 2014, 12-ci nəşr
  • İqtisadi idarəetmə və strategiya (Müəlliflər: Cefri Perlof, Ceyms A. Brander), Nəşriyyat: Pearson, 2014, 3-cü nəşr

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR