XƏBƏRLƏR

Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva beynəlxalq “Scopus” sertifikatını əldə edib

Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva beynəlxalq “Scopus” sertifikatını əldə edib

25 oktyabr 2023

Baxış sayı: 1221

Azərbaycan Universitetinin Elm şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Lətifə Ağamalıyeva Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Scopus Certification Program for Librarians” təlimini  ən yüksək göstəricilərlə başa vuraraq beynəlxalq sertifikat əldə edib. Təlim “Scopus” elmi bazası ilə birgə təşkil edilib. Altı həftəlik təlimin məqsədi iştirakçılarda aşağıdakı bacarıqları inkişaf etdirməkdən ibarət olub:

  • “Scopus” tərəfindən təmin edilən məlumat ehtiyacları haqqında məlumatlılıq; 
  • “Scopus” bazasından təcrübəli şəkildə istifadə etmək və bunu başqalarına öyrətmək   üçün lazım olan bacarıqlar;
  • “Scopus” bazasında əlavə məlumat axtarışı strategiyaları.

Bu məqsədə çatmaq üçün proqrama aşağıdakı 6 modul daxil edilib: 

  • 1-ci həftə: Giriş və aktual axtarış
  • 2-ci həftə: Müəllif identifikasiyası
  • 3-cü həftə: Qiymətləndirmə meyarları
  • 4-cü həftə: Scopus API-ləri
  • 5-ci həftə: İnstitusional təsir əmsalları
  • 6-cı həftə: İstifadəçilərlə əks əlaqə

Təlim iştirakçıları kursu başa çatdırmaq və “Scopus” sertifikatına sahib olmaq üçün video dərslərdə iştirak etməli və təcrübə məşğələləri keçməli, həmçinin altı modulun hər birinin sonunda real zaman daxilində müəyyən tapşırıqlar yerinə yetirməli olublar. Tam sertifikatı almaq üçün bütün modulları keçmək, bütün tapşırıqları yerinə yetirmək və sonda 100 baldan ən azı 80 bal toplamaq tələb olunub. Diqqətəlayiqdir ki, Lətifə Ağamalıyeva sonda 98 bal toplayaraq ən yüksək nəticələrdən birini göstərib.  

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR