XƏBƏRLƏR

İkili Diplom Proqramının ilk məzunu Azərbaycan Universitetinin kollektivinə təşəkkür məktubu ünvanlayıb

İkili Diplom Proqramının ilk məzunu Azərbaycan Universitetinin kollektivinə təşəkkür məktubu ünvanlayıb

10 iyun 2026

Baxış sayı: 121

Azərbaycan Universiteti ilə İtaliyanın Tuscia Universiteti tərəfindən birgə həyata keçirilən Beynəlxalq İkili Diplom Proqramının ilk tələbəsi və ilk məzunu Rəvan İdrisli Azərbaycan Universitetinin kollektivinə məktub ünvanlayıb. Məktubda qeyd olunur: 

“Hörmətli Azərbaycan Universiteti kollektivi,

Ümid edirəm ki, işləriniz qaydasındadır.

Sizi məmnuniyyətlə məlumatlandırmaq istəyirəm ki, mən Tuscia Universiteti tərəfindən təşkil edilən, 2025-ci il məzunlarına həsr olunmuş məzuniyyət mərasimində Azərbaycan Universiteti adından ilk məzun kimi iştirak etmə şərəfinə nail oldum. Universitetimizin ikili diplom proqramının digər tələbəsi İlqarın bu tədbirə qonaq qismində qatılması məni xüsusilə sevindirdi.

Fürsətdən istifadə edərək, Tuscia Universiteti ilə ikili diplom proqramı vasitəsilə yaradılan inanılmaz fürsətə görə Azərbaycan Universitetinə və əməyi keçmiş hər bir kəsə bir daha səmimi minnətdarlığımı bildirmək istəyirəm. İkili diplom proqramının ilk məzunu və həmçinin İtaliyada Azərbaycanı yüksək səviyyədə təmsil edərək fərqlənmə ilə bitirmək mənim üçün böyük qürurdur və bu şərəfli işdə mənə inanaraq, proqramda iştirak imkanı verdiyiniz üçün sizə minnətdaram.

Hər şey üçün təşəkkür edirəm”.

Qeyd edək ki, Beynəlxalq İkili Diplom Proqramının ilk tələbəsi və ilk məzunu kimi Azərbaycan Universitetinin tarixinə düşən Rəvan İdrisli magistr dissertasiyasını uğurla müdafiə edərək proqramı fərqlənmə ilə bitirib. Ona MBA proqramının tədrisi ingilis dilində aparılan Marketinq ixtisası üzrə Azərbaycan və Tuscia universitetlərinin diplomları təqdim olunub. Rəvan İdrisli hazırda təhsilini İtaliyanın Degli Studi Gabriele d'Annunzio di Chieti-Pescara Universitetində fəlsəfə doktoru proqramı üzrə davam etdirir.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR