XƏBƏRLƏR
İSİM Azərbaycan Universitetində maarifləndirici tədbir keçirib
Azərbaycan Universitetində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən tələbələr üçün sağlam həyat tərzinin təbliğinə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib.
Maarifləndirmə tədbirində İSİM-in səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva ilk olaraq mərkəzin fəaliyyət istiqamətləri haqqında məlumat verib. Ardından isə “Sağlam həyat tərzinin təbliği və maarifləndirmə tədbirləri” mövzusunda geniş təqdimatla çıxış edib. Qonaq, tütün məhsulları, alkoqollu içkilər, narkotik maddələr kimi zərərli vərdişlərin insan orqanizminə mənfi təsirləri haqqında danışıb, Ümumdünya Səhiyyə Təşkilatının zərərli vərdişlərlə bağlı statistikasını diqqətə çatdırıb. Bildirib ki, tütünçəkmə ilə mübarizədə maarifləndirmə tədbirlərinin böyük rolu var. Laura Quliyeva həmçinin İSİM-in hazırladığı “Sağlam uşaq” internet portalı və mobil tətbiqi haqqında da tələbələrə məlumat verib.
Sonda sağlam həyat tərzinin təbliği ilə bağlı olaraq hazırlanan bukletlər tələbələrə təqdim olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi