XƏBƏRLƏR
Magistratura və doktorantura şöbəsi tərəfindən növbəti seminar keçirilib
Azərbaycan Universitetinin Magistratura və doktorantura şöbəsinin təşkilatçılığı ilə magistrant, doktorant, dissertant və müəllimlər üçün elmi tədqiqat işinin təşkili və yerinə yetirilməsinin metodlarına həsr olunan növbəti seminar keçirilib. Seminarı Xarici dillər kafedrasının professoru Azad Məmmədov aparıb.
Tədbirdə akademik yazı vərdişləri və əhəmiyyəti haqqında məlumat verilib. Elmi araşdırmaların aparılmasında beynəlxalq tələblərə uyğunlaşma və peşəkarlıq, mövzu seçimi, tədqiqat işinin strukturu, yazılması qaydaları, elmi mənbələrdən istifadə, akademik yazı vərdişlərinin inkişafı və digər bu kimi məsələlərə aydınlıq gətirilib.
Seminar “Azərbaycan universitetlərində tədris və təlimin təkmilləşdirilməsi” (Promoting Excellence in Teaching and Learning in Azerbaijani Universities) PETRA layihəsi çərçivəsində təşkil olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi
21.11.2018