XƏBƏRLƏR
Şəhid Fəxrəddin Qurbanlı təqaüdünü Səid Məhərrəmli alacaq
2024/2025-ci tədris ilində “Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd”ə Səid Məhərrəmli layiq görülüb. Səid Akşin oğlu Məhərrəmli Sosial iş (tədris ingilis dilində) ixtisası üzrə I kurs tələbəsidir.
Təqaüd Azərbaycan Universiteti tərəfindən universitetin məzunu və Aprel şəhidi Fəxrəddin Qurbanlının xatirəsinin əbədiləşdirilməsi məqsədilə 2016-cı ildə təsis olunub. Təqaüd 2016/2017-ci tədris ilindən başlayaraq birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir. Təqaüdün ümumi məbləği 500 manat təşkil edir.
“Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd”ə layiq görülən tələbələrimiz
- 2016/2017-ci tədris ili: Ruzigar Asəf oğlu Şirinov, Maliyyə (tədris ingilis dilində)
- 2017/2018-ci tədris ili: Günay Əfqan qızı İbrahimli, Sosial iş
- 2018/2019-cu tədris ili: Sənan Nadir oğlu Fərmanlı, Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
- 2019/2020-ci tədris ili: Zivər Məzahir qızı Məmmədova, Tərcümə (ingilis dili)
- 2020/2021-ci tədris ili: Marina Teymuraz qızı Nasibova, Maliyyə (tədris ingilis dilində)
- 2021/2022-ci tədris ili: Murad İlham oğlu Tağıyev, Sosial iş
- 2022/2023-cü tədris ili: Səfəralı Səbuhi oğlu Qeybullayev, Tərcümə (ingilis dili)
- 2023/2024-cü tədris ili: Nəzrin Yalçın qızı Oruclu, Tərcümə (ingilis dili)
İctimaiyyətlə əlaqələr şöbəsi
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetinin əməkdaşları keyfiyyət və dayanıqlılıq forumunda iştirak ediblər
18 fevral 2026
Azərbaycan Universiteti “Transmilli Təhsil Forumu”nda təmsil olunub
18 fevral 2026
Azərbaycan Universitetinin sonuncu kurs tələbələrinin istehsalat və elmi-pedaqoji təcrübəsi başlayıb
17 fevral 2026
Elm şöbəsi “Hirş indeksi və düzgün sitat strategiyası” mövzusunda təlim-seminar keçirib
13 fevral 2026
“Xankəndi Sosial İş Qış Məktəbi” fəaliyyətini yekunlaşdırıb
13 fevral 2026
Azərbaycan Universitetinin əməkdaşlarının layihəsi qrant müsabiqəsinin qalibi olub
12 fevral 2026