XƏBƏRLƏR

“Social Issues” elmi jurnalı AAK-ın dövri elmi nəşrlər siyahısına daxil edilib

“Social Issues” elmi jurnalı AAK-ın dövri elmi nəşrlər siyahısına daxil edilib

04 dekabr 2025

Baxış sayı: 330

Azərbaycan Universitetinin nəşr etdiyi “Social Issues” elmi jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Fəlsəfə və sosiologiya elm sahəsi üzrə “Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər” siyahısına daxil edilib. 

“Social Issues” jurnalı 2023-cü ildə təsis edilib və bu günə qədər ikisi xüsusi buraxılış olmaqla 10 sayı çap edilib. Jurnalın baş redaktoru sosial elmlər sahəsində tanınmış alim, Alexandru Ioan Cuza Universitetinin (İasi, Rumıniya) professoru Stefan Cojocarudur. Jurnalın redaksiya heyətində dünyanın müxtəlif ölkələrindən olan tanınmış alimlər təmsil olunur.  

Diqqətəlayiqdir ki, jurnal ilk sayından beynəlxalq elmi mühit tərəfindən maraqla qarşılanıb. Bunun nəticəsi olaraq jurnalın müxtəlif saylarında Böyük Britaniya, Qazaxıstan, Oman, İtaliya, Misir, Hindistan, ABŞ, Rumıniya, Yaponiya, İndoneziya, Rusiya, Zimbabve, Səudiyyə Ərəbistanı, Ukrayna, Peru və digər  ölkələri təmsil edən alimlərin məqalələri çap edilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR