XƏBƏRLƏR

Tələbələr arasında “Yaşıl dünya naminə” adlı bilik yarışı keçirilib

Tələbələr arasında “Yaşıl dünya naminə” adlı bilik yarışı keçirilib

05 aprel 2024

Baxış sayı: 414

Azərbaycan Universitetində tələbələr arasında “Yaşıl dünya naminə” adlı bilik yarışı keçirilib. Tələbələrin ekoloji savadlılığının artırılması, iqlim dəyişmələrinin ortaya çıxardığı fəsadlar və təhlükələr haqqında məlumat əldə etmələrini təmin etmək və onları bu sahədəki mövcud ədəbiyyatı mütaliəyə yönləndirmək məqsədilə təşkil olunan yarışda 8 komanda (Ekologiya, Green Guardians, Flora Force, Harmoniya, Yaşıl gələcək, Yaşıl planet, Xarıbülbül və  Yaşıl dünyamız) iştirak edib. Hər komanda 1 nəfər kapitan olmaqla 5 üzvdən ibarət olub. 

Bilik yarışında komandalar yaşıl enerji, COP və COP29, iqtisadiyyat, informasiya-kommunikasiya texnologiyaları, Qarabağa qayıdış mövzularında sualları cavablandırıblar. Komandaların cavablarını Elvin Talışinski (Siyasi və ictimai elmlər kafedrasının müdiri), Nəriman Böyükkişi (Maliyyə və mühasibat kafedrasının müdiri) və Rəşad Məstəliyevdən (Riyaziyyat və informatika kafedrasının müdiri) ibarət münsiflər heyəti dəyərləndirib. 3 turdan ibarət olan bilik yarışında komandaların hər doğru cavabı münsiflər heyəti tərəfindən 1 balla qiymətləndirilib. 

Həyəcanlı və maraqlı keçən yarışın finalçıları “Ekologiya” və “Green Guardians” komandaları olub. Final görüşü “Green Guardians” komandasının üstünlüyü ilə başa çatıb və münsiflər heyəti “Green Guardians” komandasını bilik yarışının qalibi elan edib.

Qeyd edək ki, bilik yarışı Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamını rəhbər tutaraq və Azərbaycan Universitetinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən tədbirlər planına uyğun olaraq təşkil olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR