Azərbaycan Universitetinin bakalavriat səviyyəsinə qəbul olan
abituriyentlərin və subbakalavrların nəzərinə!
Azərbaycan Universitetinə qəbul olaraq tələbə adını qazanmış bütün abituriyent və subbakalavrları təbrik edir, onlara uğurlu, maraqlı və səmərəli tələbəlik illəri arzu edirik!
Nəzərinizə çatdırırıq ki, Azərbaycan Universitetinin bakalavriat səviyyəsinə qəbul olan abituriyentlər (subbakalavrlar) 28 avqust – 8 sentyabr (saat 18.00-dək) tarixlərində elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, portal.edu.az platformasında “qeydiyyat” düyməsindən istifadə edərək şəxsi kabinet yaratmaq, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Müəyyən olunmuş müddətdə elektron qaydada qeydiyyatdan keçməmək abituriyentin (subbakalavrın) müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Portal qeydiyyatı, ödəniş və sənədlərlə bağlı suallarınız üçün 050 268 38 19, 055 220 40 57 nömrəli telefonlarla əlaqə saxlaya bilər, yaxud Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasına müraciət edə bilərsiniz.
İmtiyazlı statusda olan tələbələrın siyahısı
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladlarının təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına, geri qalanı isə Azərbaycan Universitetinin büdcəsi hesabına ödənilir.
- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına, geri qalanı isə Azərbaycan Universitetinin büdcəsi hesabına ödənilir.
- “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən, şəhid ailəsinin üzvlərinin təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
- Hər iki valideynini itirmiş; valideyn himayəsindən məhrum olmuş yaxud bir valideyni vəfat etmiş və o biri valideyni I yaxud II qrup əlil olan 23 yaşınadək tələbələrin təhsi haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
- I və II dərəcə əlilliyi olan şəxslər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
İmtiyazlı statusda olan tələbələr sənədlərə bağlı suallarını hüquqşünasa ünvanlaya bilərlər.
Tel.: 055 249 54 93
Universitetə təqdim ediləcək sənədlərin siyahısı
- Attestatın əsli (subbakalavrlar üçün diplomun əsli və əlavəsi)
- Şəxsiyyət vəsiqəsinin surəti (2 ədəd)
- Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (oğlanlar üçün)
- 4 ədəd 3x4 ölçüsündə fotoşəkil (son 1 ayda çəkilmiş) və şəklin elektron variantı (diskdə)