Disable Preloader

Müəlliflər üçün təlimat

Jurnala təqdim olunan məqalələr

  • əvvəllər çap olunmamalı;
  • heç bir digər jurnala çap olunmaq üçün təqdim edilməməli;
  • 50 sözdən artıq olmayan xülasəyə, 4-dən az olmayan açar sözlərə malik olmalıdır (azərbaycan və ingilis dillərində).

Məqalələr azərbaycan, türk, rus və ya ingilis dillərində təqdim olunmalıdır.

Məqalə A4 formatında, Microsoft Word redaktorunda (Şrift –Times New Roman- 12, interval -1, səhifənin parametrləri – yuxarı -2 sm, aşağı -2 sm, soldan -3 sm, sağdan -1 sm) yığılmalıdır.

Məqalələr çapa hazırlanarkən yerləşdirilmiş NÜMUNƏ formatına ciddi riayət olunmalıdir. 

Ədəbiyyat siyahısı əlifba sırası ilə yazılmalı və özündə məqalənin mövzusunu əhatə edən yeni alınmış nəticələri əks etdirməlidir.

Rəy prosesinin qısa zamanda başa çatdırılması üçün məqalələrin elektron formada çapa təqdim edilməsi məqsədəuyğundur.

Müəlliflər məqalələri  ipek.yolu@au.edu.az  elektron ünvanına göndərə bilərlər.