Gənc tədqiqatçıların VII respublika elmi konfransı
Azərbaycan Universiteti, 15 mart 2024-cü il
Gənc tədqiqatçıların VII respublika elmi konfransının keçirilməsində məqsəd Azərbaycanın müxtəlif universitetlərində, müxtəlif pillələrdə təhsil alan gənc tədqiqatçılara öz elmi nəticələrini təqdim etmək üçün platforma təklif etməkdir.
Bu onlarda tədqiqatçı bacarıqlarının formalaşmasına, müxtəlif sahələr üzrə çalışan tədqiqatçıların ümumi məsələlər üzrə diskussiyalar aparmasına kömək edəcəkdir.
Təşkilat komitəsi
Sədr
- Səadət Əliyeva, Azərbaycan Universiteti
Üzvlər
- Yusif Qasımov, Azərbaycan Universiteti
- Nüşabə Quliyeva, Azərbaycan Universiteti
- Lətifə Ağamalıyeva, Azərbaycan Universiteti
- Asif Paşayev, Azərbaycan Universiteti
- Aygün Qasımova, Azərbaycan Universiteti
- Elvin Talışinski, Azərbaycan Universiteti
- Arzu Quliyev - Azərbaycan Dövlət Pedaqoji Universiteti
- Nəriman Böyükkişi, Azərbaycan Universiteti
- Nigar Şahhüseynbəyova, Azərbaycan Universiteti
- Rəşad Məstəliyev, Azərbaycan Universiteti
- Samirə Məmmadova, Azərbaycan Universiteti
- Səfər Məmmədov, Azərbaycan Universiteti
- Tural Qocayev, Azərbaycan Universiteti
- Xanım Quliyeva, Azərbaycan Universiteti
Katib
- Afiq Nadirov, Azərbaycan Universiteti
Elmi istiqamətlər
- İKT və tətbiqləri
- Humanitar elmlər
- İqtisadiyyat
- Sosial elmlər
- Təbiət elmləri
Müəlliflər üçün təlimatlar
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis
Tezisin tərtibi qaydaları
- Həcm 3 səhifəyə qədər, format A4, şrift Times New Roman, ölçü 12, hər tərəfdən 2,0 sm, 1,5 interval, abzas 1,25 olmalıdır.
- Açar sözlər ədəbiyyat siyahısından əvvəl göstərilməlidir.
- Əgər material rus və ya ingilis dilində təqdim edilirsə tezisin sonunda Azərbaycan dilində xülasə əlavə olunmalıdır.
Tezisin strukturu
- Tezisin adı böyük hərflərlə, qalın şriftlə (ölçü 14)
- Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə (ölçü 12)
- Təşkilat və şəhərin adı adi şriftlə (ölçü 11)
- Tezisin mətnində qaynaqlara istinad, kvadrat mötərizədə nömrə ilə (istinadın ədəbiyyat siyahısındakı nömrəsinə müvafiq olaraq) verilir (məs.: [1], [2]).
- İstifadə olunan ədəbiyyatın siyahısı tezisin sonunda, əlifba sırası ilə və nömrələnməklə verilir (ölçü 12).
Qeydiyyat
- Konfransa qeydiyyat haqqı 30 manatdır.
Mühüm tarixlər
- Tezislərin göndərilməsi üçün son tarix: 16 fevral 2024-cü il
- Tezisin qəbul olunması haqqında son məlumatlandırma tarixi: 1 mart 2024-cü il
Keçirilmə yeri və əlaqə
- Azərbaycan Universiteti
- Nəsimi rayonu, Ceyhun Hacıbəyli, 71
- Bakı şəhəri, Azərbaycan Respublikası, AZ1007
- E-poçt: genc.tedqiqatci@au.edu.az
- Tel.: (+99412) 431 41 12/13/16 (daxili 126)