Gunel Rzagulu Ahmadova
Günel Rzaqulu qızı Əhmədova
- Tərcümə və filologiya kafedrası, müəllim
- E-poçt: gunel.ahmadova@au.edu.az
Qısa bioqrafik məlumat
- 18 yanvar 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur
- 2004-cü ildə Bakı şəhəri Yasamal rayonu 175 saylı məktəbini bitirmişdir.
Təhsili, elmi dərəcə və adları
- Doktorantura, Azərbaycan Universiteti, Azərbaycan dili, 2018-2024
- Magistratura, Azərbaycan Dillər Universiteti, Dilşünaslıq (Xarici dil - ingilis dili), 2009-2011
- Bakalavriat, Azərbaycan Dillər Universiteti, Filologiya (Xarici dil – ingilis dili müəllimi), 2004-2008
Əmək fəaliyyəti
- Azərbaycan Universiteti, Tərcümə və filologiya kafedrası, müəllim, 2017-ci ildən
- Bakı Dövlət Universiteti, Təbiət fakültələri üzrə ingilis dili kafedrası, müəllim, 2011-2017
Tədqiqat sahəsi
- Azərbaycan dilində səbəb-nəticə konsepti
Elmi əsərləri
Məqalələr
- Əhmədova G.R. Səbəb-nəticə konseptinin sintaktik vahidlərlə ifadəsi, Azərbaycan Milli Elmlər Akademiyası, M.Füzuli adına Əlyazmalar İnstitutu,“Filologiya məsələləri” jurnalı, №10, 2020, s.210-215.
- Əhmədova G.R. Səbəb-nəticə konsepti, onun linqvistik və kulturoloji aspektləri, Azərbaycan Milli Elmlər Akademiyası, M.Füzuli adına Əlyazmalar İnstitutu, “Filologiya məsələləri” jurnalı, №9, 2020, s.120-125.
- Əhmədova G.R. Səbəb-nəticə konseptinə fəlsəfi və linqvistik baxış, Azərbaycan Universiteti, “İpək yolu” jurnalı, №2, 2020, s.131-139.
- Əhmədova G.R. Azərbaycan dilində kauzativlik kateqoriyası, Bakı Dövlət Universiteti, “Dil və ədəbiyyat, Beynəlxalq elmi nəzəri jurnal, №3 (111), 2019, s.32-34.
- Əhmədova G.R. Azərbaycan və ingilis dilində sintaktik əlaqələrin formal təsviri, Bakı Dövlət Universiteti, “Dil və ədəbiyyat”, Beynəlxalq elmi nəzəri jurnal, №1 (101), 2017, s. 74-76.
- Əhmədova G.R. Azərbaycan və ingilis dillərində məsdər və məsdər tərkibləri, Azərbaycan Milli Elmlər Akademiyası, Nəsimi adına Dilçilik İnstitutu, “Tədqiqlər” jurnalı, №5, 2017, s.59-68.
- Əhmədova G.R. Türk dillərində kök sözlərin mənşəyi və quruluşu, Azərbaycan Milli Elmlər Akademiyası, Nəsimi adına Dilçilik İnstitutu, “Tədqiqlər” jurnalı, №1, 2017, s.60-66.
Tezislər
- Əhmədova G.R. Heydər Əliyevin nitqində səbəb münasibətinin ifadə vasitələri, “Heydər Əliyevin dil siyasəti və ana dilinin müasir problemləri” respublika elmi konfransının materialları , Azərbaycan Milli Elmlər Akademiyası, Nəsimi adına Dilçilik İnstitutu, 2023, s. 46-49.
- Əhmədova G.R. Mətndə səbəb-nəticə strukturunun formalaşması, “Müasir humanitar elmlərin problemləri və perspektivləri” beynəlxalq elmi-praktik konfransın materialları, 2022, s. 131-135.
- Əhmədova G.R. Azərbaycan dilində səbəb budaq cümləsinin inkişaf tarixinə dair, Gənc tədqiqatçıların IV respublika elmi-praktik konfransının materialları, Azərbaycan Universiteti, 2021, s. 59-61.
- Əhmədova G.R. Gender münasibətlərinin səbəb məzmunu, “Gender problemi və müasir Azərbaycan” beynəlxalq konfransının materialları, Azərbaycan Universiteti, 2020, s. 23-25.
- Əhmədova G.R. Səbəb-nəticə məzmununun tabesiz mürəkkəb cümlələr vasitəsilə ifadəsi, “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” beynəlxalq elmi konfransının materialları, Azərbaycan Universiteti, 2018, s. 214-216.
Tədris etdiyi fənlər
- Tərcüməçinin oxu vərdişləri
- Film tərcüməsi
- Öyrənilən əsas dil
- Yazı vərdişləri
- Yazılı və şifahi nitq praktikası