EVENTS
Akademik heyət üzvləri üçün tədris mobilliyi proqramına sənəd qəbulu elan edilir
19
10
Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi Türkiyənin Ondokuz Mayıs Universitetinə bir nəfər akademik heyət üzvü üçün nəzərdə tutulmuş tədris mobilliyi üzrə müraciətlərin qəbulunu elan edir.
Müsabiqədə Azərbaycan Universitetinin aşağıdakı sahələr üzrə çalışan akademik heyət üzvləri iştirak edə bilərlər:
- Tarix
- Tərcümə
- Siyasi elmlər və dövlət idarəçiliyi
- İqtisadiyyat
İştirak şərtləri
- Azərbaycan Universitetinin tam ştat əməkdaşı olmaq;
- Yuxarıda qeyd olunan akademik sahələrdən birini təmsil etmək;
- İngilis dili biliyinin ən azı B2 səviyyəsində olması.
Müraciət qaydası
- Müsabiqədə iştirak etmək istəyən və tələblərə cavab verən akademik heyət üzvləri CV-lərini Beynəlxalq Əlaqələr şöbəsinə (IV mərtəbə, 504-cü otaq) təqdim etməlidirlər.
- Son müraciət tarixi 18 noyabr 2026-cı ildir.
İctimaiyyətlə əlaqələr şöbəsi
