EVENTS

Azərbaycan Universiteti ikinci ali təhsil üzrə qəbul elan edir

05
04

Azərbaycan Universiteti 2019/2020-ci tədris ili üçün ikinci ali təhsil üzrə tələbə qəbulu elan edir.

Qəbul aşağıdakı ixtisaslar üzrə aparılır.

  • Menecment
  • Marketinq

Yuxarıda qeyd olunmuş ixtisaslar üzrə ikinci ali təhsil almaq istəyənlər 1 may 2019-cu il tarixinə qədər aşağıdakı sənədləri saat 10.00-dan 15.00-dək universitetə (Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli, 71) təqdim etməlidirlər.

  • Rektorun adına ərizə
  • Ali təhsil haqqında sənədin (diplomun) surəti və diplom əlavəsinin surəti (notarial qaydada təsdiq olunmuş)
  • Əmək kitabçasının surəti
  • Sağlamlıq haqqında arayış
  • 3х4 sm ölçüdə 4 ədəd fotoşəkil
  • Şəxsiyyət vəsiqəsinin surəti

Qəbul müsabiqə yolu ilə aparılır. Təhsil ödənişli əsaslarla təşkil olunacaq. Daha ətraflı məlumat almaq istəyənlər 0554571166 nömrəli telefon yaxud nushaba.guliyeva@au.edu.az, quliyeva.nushaba@mail.ru elektron poçt ünvanları ilə əlaqə saxlaya bilərlər.

İctimaiyyətlə əlaqələr
05.04.2019