EVENTS

Ödənişli Çin dili kursları başlayır

25
09

Çin dilini öyrənmək istəyənlərin nəzərinə!

Çin, dünyanın iqtisadiyyatı ən sürətlə böyüyən ölkələrindəndir. Azərbaycan ilə Çin arasında siyasi, iqtisadi və mədəni əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Bütün bunlar həm dünyada, həm də ölkəmizdə Çin dilinin öyrənilməsinə tələbatı artırır.

Bu gün dünyada milyonlarca insan Çin dilini öyrənir.

Siz də onlardan biri ola bilər, Azərbaycan Universiteti Konfutsi Mərkəzində çox yaxında başlayacaq olan ödənişli Çin dili kurslarında iştirak etməklə karyera manevrlərinizi artıra bilərsiniz.

Dərslər yüksək ixtisaslı çinli müəllim tərəfindən aparılır və həftədə bir dəfə olmaqla 2 akademik saatdır.

Aylıq ödəniş

  • Şagirdlər üçün 32 manat
  • Azərbaycan Universitetinin müəllim, tələbə və məzunları üçün 48 manat
  • Digər müraciət edənlər üçün isə 80 manatdır.

Qeydiyyat üçün İctimaiyyətlə əlaqələr şöbəsinə müraciət edə bilərsiniz.

İctimaiyyətlə əlaqələr şöbəsi IV mərtəbə, 518 nömrəli otaqdadır.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71

Tel.: (+99412) 431 41 12 daxili (133)

İctimaiyyətlə əlaqələr şöbəsi
25.09.2018