EVENTS

Beynəlxalq İkili Diplom Proqramına sənəd qəbulu elan olunur

27
06

“060409 Biznesin idarə edilməsi. Biznesin təşkili və idarə edilməsi (Marketinq üzrə) MBA” ixtisasında təhsil alan tələbələrin nəzərinə! 

Azərbaycan Universiteti ilə Tuscia Universiteti (Viterbo, İtaliya) arasında həyata keçirilən Beynəlxalq İkili Diplom Proqramına sənəd qəbulu elan olunur.  

Proqramda iştirak etmək istəyən tələbələrin seçimi ayrılmış yerlərin sayı (kvota) üzrə müsabiqə yolu ilə aparılacaqdır. Həm bakalavriat təhsili üzrə, həm də magistratura təhsilinin birinci kursunda ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 75 və yuxarı olan tələbələr müraciət edə bilərlər. Müraciət edən tələbələrin ingilis dili biliyini təsdiq edən beynəlxalq sertifikatının (TOEFL, IELTS) olması arzuolunandır. 

Müsabiqədə iştirak etmək istəyən tələbələr orta məktəb attestatını, bakalavr diplomunun əlavəsinin surətini də Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər.  

Müraciət üçün son tarix 02 iyul 2024-cü ildir. 

  • Daha ətraflı məlumat üçün
    Beynəlxalq əlaqələr şöbəsi
    Tel.: (+99412) 431 41 12/13/16 (daxili 130)
    E-poçt:  international.office@au.edu.az 

İctimaiyyətlə əlaqələr şöbəsi