EVENTS

“XX əsr ədəbi düşüncələr tarixi” kitabının təqdimatı keçiriləcək

29
10

Müəllim və tələbə heyətinin nəzərinə!

Azərbaycan Universitetinin professoru Asif Hacıyevin “XX əsr ədəbi düşüncələr tarixi” (Xatirələr, manifestlər, konsepsiyalar) adlı yeni kitabının təqdimatı keçiriləcək.

Tədbir 1 noyabr 2018-ci il tarixində III mərtəbədəki konfrans zalında başlayacaq. Dərs vəsaiti kimi təqdim olunan kitabın redaktoru Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova, rəyçiləri isə professorlar Qorxmaz Quliyev və Şirindil Alışanovdur.

Kitabda XX əsrin son dərəcə rəngarəng, dinamik və mürəkkəb ədəbi düşüncələr tarixinə nəzər salınıb, XX əsr ədəbi prosesini səciyyələndirən ədəbi cərəyanlara aid manifestlər, konsepsiyalar, xatirələr haqqında oçerklər və onların tərcüməsi təqdim edilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi
30.10.2018