EVENTS

Beynəlxalq əlaqələr şöbəsi Litvanın Mykolas Romeris Universitetinə sənəd qəbulu elan edir

03
04

Azərbaycan Universitetinin Beynəlxalq Əlaqələr şöbəsi “Erasmus+” mübadilə proqramı çərçivəsində Litvanın Mykolas Romeris Universitetinə  tələbə mübadiləsi üçün sənəd qəbulu elan edir. 2025/2026-cı tədris ilinin payız semestrini Litvada  (bir semestr müddətində) oxumaq istəyən tələbələr Beynəlxalq əlaqələr şöbəsinə  (IV mərtəbə, 504-cü otağa) müraciət edə bilərlər.

Proqram iştirakçıların bütün xərclərini qarşılayır.

Mübadilə proqramında iştirak etmək istəyən tələbələrin seçimi müsahibə yolu ilə aparılacaq. Müsahibədə uğurlu olan tələbələr təhsilini növbəti semestrdə Litvanın Mykolas Romeris Universitetində davam etdirə biləcək.

  • Mübadilədə iştirak etmək istəyən tələbələr üçün şərtlər aşağıdadır: 
  • Tələbənin GPA balı minimum 2.5 (75-dən yuxarı) olmalıdır;
  • Tələbənin ingilis dili bilikləri minimum B2 səviyyəsində olmalıdır;
  • İxtisas üzrə uyğunluq gözlənilməlidir.

Universitet ilə bağlı daha ətraflı məlumat üçün:  

https://www.mruni.eu/en/university/internationalization/erasmus-and-exchange-studies-incoming/ 

Proqrama müraciət üçün son tarix: 20 aprel 2025-ci il 

İctimaiyyətlə əlaqələr şöbəsi