EVENTS
Polşada bir semestr təhsil almaq istəyən tələbələrimizin nəzərinə!
04
03
Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi “Erasmus+” mübadilə proqramı çərçivəsində Polşanın Krakov İqtisadiyyat Universitetinə tələbə mübadiləsi üçün sənəd qəbulu elan edir. 2025/2026-cı tədris ilinin payız semestrində təhsilini (bir semestr müddətində) Polşada oxumaq istəyən tələbələrimiz daha ətraflı məlumat üçün Beynəlxalq əlaqələr şöbəsinə (IV mərtəbə, 504 otaq) müraciət edə bilərlər.
Tələbələr üçün şərtlər:
- İngilis dili bilikləri minimum B2 səviyyəsində;
- GPA balı minimum 2.5 (75-dən yuxarı) olmalı;
- İxtisas üzrə uyğunluq gözlənilməlidir.
Müraciət üçün son tarix 14 mart 2025-ci ildir.
İctimaiyyətlə əlaqələr şöbəsi