EVENTS

Polşanın Rzeszow Universiteti tələbə mübadiləsi proqramı elan edir

08
09

Polşanın Rzeszow Universiteti 2026/2027-ci tədris ilinin yaz semestri üçün tələbə mübadiləsi proqramı elan edir.

Universitet tələbələrə beynəlxalq akademik mühit, müasir kampus, əlverişli yaşayış şəraiti və zəngin sosial-mədəni həyat təqdim edir. Müvafiq fakültə tərəfindən qəbul olunan mübadilə tələbələri təhsil haqqı ödəmədən təhsil ala bilərlər.

Proqrama aşağıda qeyd olunan ixtisaslarda təhsil alan tələbələr müraciət edə bilərlər:

  • İqtisadiyyat
  • Sosial iş
  • Politologiya
  • Kompüter mühəndisliyi
  • İnformasiya texnologiyaları

Tələbələr üçün şərtlər: 

  • İngilis dili biliyi minimum B2 səviyyəsində olmalıdır;
  • GPA göstəricisi minimum 75/100 olmalıdır;
  • Tələbənin ixtisası təklif olunan proqramla uyğunluq təşkil etməlidir;
  • Tələbələr ingilis dilində tədris olunan proqramlara müraciət edə bilərlər.

Mübadilə proqramında iştirak etmək istəyən tələbələr transkriptlərini (ortalama balı 75-dən yuxarı olmaqla) elmira.ismayilova@au.edu.az, sevlan.gurbanova@au.edu.az elektron poçt ünvanlarına göndərməli yaxud Beynəlxalq əlaqələr şöbəsinə (IV mərtəbə, 504 nömrəli otaq) təqdim etməlidirlər. Transkriptlərin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilməsi üçün son tarix 16 sentyabr 2026-cı ildir.

Daha ətraflı məlumat üçün:

https://www.ur.edu.pl/en/courses-2026-2027

İctimaiyyətlə əlaqələr şöbəsi