EVENTS
Qazaxıstanın Şimkent Universiteti tələbə mübadiləsi proqramı elan edir
31
03
Qazaxıstanın Şimkent Universiteti 2026-2027-ci tədris ilinin payız semestri üçün tələbə mübadiləsi proqramı elan edir. Mübadilə müddətində yaranan bütün xərclər tələbələr tərəfindən qarşılanacaqdır (təhsil haqqı Azərbaycan Universitetinə həmişə olduğu kimi ödənilir). Mübadilə proqramında iştirak etmək istəyən tələbələr Beynəlxalq əlaqələr şöbəsinə (IV mərtəbə, 504 nömrəli otaq) müracət edə bilərlər.
Namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Pasportun surəti
- Akademik transkript
- Fotoşəkil (3×4)
- Dil biliyini təsdiq edən sertifikat (minimum səviyyə B2)
Mövcud ixtisas proqramlarının siyahısı aşağıdakı keçiddə təqdim olunub:
https://univershu.edu.kz/en/academic-council767677/bachelor-s-degree
Sənədlərin qəbulu üçün son tarix: 15 may 2026-cı il.
İctimaiyyətlə əlaqələr şöbəsi
