EVENTS

“Şuşa Azərbaycanın tacıdır” mövzusunda esse müsabiqəsi elan olunur

10
10

Azərbaycan Universitetinin tələbələri arasında “Şuşa ili”nə həsr olunmuş “Şuşa Azərbaycanın tacıdır” adlı (Azərbaycan və ingilis dillərində) esse müsabiqəsi elan olunur. Bütün fakültə və ixtisaslar üzrə tələbələrimiz 

  • Şuşa: tarix, mədəniyyət, ədəbiyyat
  • Qafqazın sənət məbədi-Şuşa 
  • Şuşa ədibləri

mövzularında esselərini özləri haqqında məlumatla birlikdə (ad, soyad, ata adı, ixtisas, kurs) 1 noyabr 2022-ci il tarixinədək pr@au.edu.az elektron poçtuna göndərə bilərlər. Müsabiqəyə təqdim olunan esselər “MS Word” proqramında Times New Roman şrifti ilə 12 ölçüdə, 1.5 sətir aralıqlı yazılmalı və söz sayı 300 – 600 aralığında olmalıdır. Hər bir iştirakçı müsabiqəyə yalnız 1 (bir) esse təqdim edə bilər.

Təqdim edilən esselərin seçimi 7-20 noyabr tarixləri arasında Münsiflər Heyəti (Ülviyyə Rəhimova, Hüseyn Hüseynli, Yusif Novruzov, Samirə Məmmədova, Aygün Qasımova, Ləman Qasımlı, Fəzilə Zakirova,) tərəfindən aparılacaq, qalib və fərqlənənlər müəyyənləşəcək. 

Mükafatlandırma mərasimi dekabr ayında keçiriləcək. I, II və III yerlərin qalibləri və fərqlənənlər fəxri fərman və diplomla  mükafatlandırılacaqlar. 

Müsabiqə Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamının və Azərbaycan Universitetinin “Şuşa ili” çərçivəsində həyata keçiriləcək tədbirlər planının icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilir.

Esse müsabiqəsinin keçirilməsində məqsəd Milli mədəniyyətimizin beşiyi olan Şuşa şəhərinin mədəniyyətinin, incəsənətinin, tarixinin, ədiblərinin bir daha tələbələr tərəfindən araşdırılıb təhlil edilməsi, o cümlədən onlarda  esse janrı və müvafiq yazı prinsiplərini öyrənməsi və analtitik düşüncə tərzinin formalaşdırılmasıdır. 

  • Təşkilat komitəsi əlaqə telefonu: (+99412) 431 41 12 daxili 136, 153, 134