EVENTS

Türk Dünyası Rəqəmsal Vətəndaşlığı fənninə qeydiyyat başlayıb

21
02

Tələbələrimizin nəzərinə!

Azərbaycan Universitetinin bakalavriat və magistratura tələbələrini “Türk Dünyası Rəqəmsal Vətəndaşlığı” fənnində iştirak etməyə dəvət edirik. Fənn, məsafədən təşkil olunur. Qeydiyyatdan keçərək dərslərdə iştirak edən və yüksək nəticə əldə edən tələbələr Macarıstanda keçirilən “Gülbaba Elm Düşərgəsi” və “Hun qurultayı”nda iştirakla mükafatlandırılacaqlar.

Qeydiyyat üçün keçid: https://docs.google.com/forms/d/e/1FAIpQLSdfAdFapg2bDJUspqap3ZA9Tgg0jfZz2ijhPgKaAgAB98a52Q/viewform-

Türk Dünyası Rəqəmsal Vətəndaşlığı layihəsi Qırğızıstan –Türkiyə Manas Universiteti və Türkiyənin Qaziantep Universitetinin koordinatorluğunda həyata keçirilir. Azərbaycan Universiteti layihəyə 2021-ci ildə qoşulub.

Daha ətraflı məlumat üçün www.tudva.org saytını ziyarət edə bilərsiniz.

İctimaiyyətlə əlaqələr şöbəsi
21.02.2022