NEWS

Azərbaycan Universitetində “Yumşaq bacarıqlar” fənni üzrə ustad dərsi təşkil olunub

Azərbaycan Universitetində  “Yumşaq bacarıqlar” fənni üzrə ustad dərsi təşkil olunub

25 april 2024

Baxış sayı: 92

Azərbaycan Universitetinin Beynəlxalq ticarət və logistika, Biznesin idarə edilməsi ixtisasları üzrə təhsil alan IV kurs tələbələri üçün “Yumşaq bacarıqlar” fənni üzrə ustad dərsi təşkil olunub. Tələbələr yumşaq bacarıqlar (Soft skills) sahəsində təcrübəli mütəxəssislər Tamilla Süleymanova və Mirşahin Əlizadənin məruzələrini dinləyiblər.

Dərsdə tələbələrə yumşaq bacarıqların formalaşdırılması və inkişaf etdirilməsi, həmçinin uğurlu karyera qurmaqda yumşaq bacarıqların rolu ilə bağlı məlumat və tövsiyələr verilib. Qeyd olunub ki, iş dünyasında yumşaq bacarıqlara tələb gündən-günə və sürətlə artır. Təhsil aldıqları sahə üzrə əldə etdikləri fundamental biliklərlə yanaşı, yumşaq bacarıqlar da tələbələrin gələcək inkişafında xüsusi rola və əhəmiyyətə malikdir.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS