NEWS

Biznes və iqtisadiyyat fakültəsinin tələbələri üçün ustad dərsi təşkil olunub

Biznes və iqtisadiyyat fakültəsinin tələbələri üçün ustad dərsi təşkil olunub

29 april 2024

Baxış sayı: 106

Azərbaycan Universitetinin İqtisadiyyat, Maliyyə, Marketinq, Menecment, Mühasibat ixtisasları üzrə təhsil alan IV kurs tələbələrinə “Azconstruction” şirkətinin insan resursları üzrə mütəxəssisi Elnarə Cabbarova  “Karyera inkişafı” mövzusunda ustad dərsi keçib.

Elnarə Cabbarova dərsdə iştirak edən tələbələrə karyera inkişafı anlayışı, məqsədin aydınlaşdırılması, karyera hədəfi, strukturlaşdırılmış karyera inkişafı planı, karyera inkişafının mərhələləri kimi mövzular haqqında məlumat verib. Məruzədə karyera hədəfinə çatmaq üçün lazım olan təcrübə, səriştə və əlaqələrin xəritəsinin tərtib olunmasının əhəmiyyəti vurğulanıb. 

Sonda mövzu ətrafında interaktiv müzakirə aparılıb, tələbələrin sualları cavablandırılıb.

Qeyd edək ki, qonaq tələbələrlə görüşə İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi, iqtisad üzrə fəlsəfə doktoru İntizar Qurbanovanın tədris etdiyi “Karyera planlaması” fənni çərçivəsində dəvət olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS